VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Noyabrın 28-i günorta saatlarında Lənkəran şəhərində 7 yaşlı məktəbli dünyasını dəyişib.

BAKU.WS report.az-a istinadən bildirir ki, Lənkəran Şəhər 7 saylı tam orta məktəbin 1-ci sinif şagirdi Ağayeva Xədicə Ramin qızı dərs zamanı özünü pis hiss etməyə başlayıb və əyləşdiyi partanın arxasında huşunu itirib.

Məktəbə çağırılan "təcili yardım" həkimlərinin ilkin müdaxiləsindən sonra qız Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, qan qusduğundan dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, X.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, X.Ağayeva ailənin tək övladı olub və anası həmin məktəbdə müəllimə işləyir. Son zamanlar uşağın səhhətində problemlər yaransa da, xəstəliyinə dəqiq diaqnoz qoyulmayıb.