SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə qadın əxlaqsızlıq yuvası təşkil edib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində əxlaqsızlıq yuvası saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, şəhər sakini D.N. fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edib.

Polis əməkdaşları tərəfindən 69 yaşlı qadın və fahişəliklə məşğul olan əlavə iki nəfər saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS