SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ələt-Astara magistralında mikroavtobus aşıb.
 
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə magistralın 157-ci kilometrliyində, Masallı rayonunun Təzəalvadı kəndi ərazisində qeydə alınıb.
 
İdarəetməni itirən mikroavtobus yolun kənarına aşıb.
 
Nəticədə müxtəlif bədən xəsarətləri alan 6 sərnişin Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinlər çıxarılıb.
 
Faktla bağlı araşdırma gedir.
 
BAKU.WS