SİZİN REKLAM BURADA!
055 213 76 73


Bərdədə keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Bakı şəhər sakini İlqar Cavadov əvvəlcədən əlbir olduğu Məhəmməd adlı şəxslə birlikdə Bərdə rayonuna gələrək onlara deyilən ərazidən narkotik vasitə olan 8 kiloqrama yaxın marixuana götürüblər.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla İlqar Cavadov saxlanılıb. O, narkotik vasitəni onlayn yolla tanımadığı İran vətəndaşı vasitəsi ilə əldə etdiyini bildirib.

Əməliyyatın davamı olaraq onun əlbir olduğu Məhəmməd Abdullayev də Bakı şəhərində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdımalar davam etdirilir.

BAKU.WS
QALEREYA