Tərtərdə qətl hadisəsi baş verib.

 

BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 22-də Tərtər rayonunun Köçərli kəndində yaşayan Əzizə Zeynalovanın həyətində, nəvəsi 29 yaşlı Fərid Zeynalov münaqişə zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ağdam rayon sakini 19 yaşlı Tofiqə Qurbanovanı boğub.

Tərtər rayon Polis Şöbəsinin  əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Zeynalov tutulub.

Tərtər Rayon Prokurorluğundan bildirilib ki, istintaqa məlum olan ilkin məlumatlara görə, F. Zeynalov ailəli olub və qaçırdığı T. Qurbanovanı birinci həyat yoldaşı ilə yaşadığı evə gətirib. Onlar bir yerdə yaşayıblar. Bu gün isə qadınlar arasında mübahisə düşüb. Mübahisə davaya çevrilib. Bu zaman F. Qurbanov qaçırdığı qızı boğaraq öldürüb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Ziya Səccad

BAKU.WS