SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Binəqədi rayonu ərazisində ağır yol qəzası qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Bakı Sumqayıt şosesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

“Lexus” markalı avtomobili idarə edən xanım sürücü sükana nəzarəti itirib. Minik maşını eyni istiqamətdə hərəkətdə olan Malik Ağayevin idarə etdiyi “Qaz-53” markalı yük avtomobilinə çırpılıb. Zərbənin gücündən minik maşını deformasiyaya uğrayıb. Avtomobilin sürücüsü təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib. Yolda sıxlıq yaranıb. Nəqliyyatın hərəkəti yol polisi tərəfindəb tənzimlənib. Yük maşının sürücüsü bildirib ki, idarə etdiyi nəqliyyat vasitəsi ilə üçüncü yol zolağında minimum sürət həddi ilə hərəkət edib. Minik avtomobili yüksək sürətlə hərəkətdə olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

BAKU.WS
QALEREYA