SİZİN REKLAM BURADA!
055 213 76 73


Uzun müddət Azərbaycanın müxtəlif yaş qrupları üzrə Azərbaycan boks millilərinin baş məşqçisi vəzifəsində çalışmış Şamil Əlimzanov vəfat edib.

Boks Federasiyasından verilən məlumata görə, SSRİ idman ustası, Azərbaycanın Əməkdar məşqçisi 77 yaşında dünyasını dəyişib.

Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi bu gün Suraxanıdakı Tatar qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Şamil Əlimzanov Ədalət Məmmədov, Fərhad Acalov, Emil Məhərrəmov, Zaur Teymurov və digər bir çox titullu boksçuların məşqçisi olub.

BAKU.WS