SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis mayoru Emin Əliyev təyin olunub.
Qeyd edək ki, E.Əliyev əvvəllər Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi çalışıb. Daha sonra Baş Dövlət Yol Polisi İdarəsinə təyinat alıb.

BAKU.WS