SİZİN REKLAM BURADA!
055 213 76 73


Balakən rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük və minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda onların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS