SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonu Xırdalan şəhərində yaşayan və yaddaş problemi olan 68 yaşlı Fəqan Daşdəmirov itkin düşüb.

Bu barədə Qafqazinfo-ya onun yaxınları məlumat veriblər.

Bildirilib ki, F.Daşdəmirov iyulun 24-ü günorta saatlarında Xırdalan şəhəri Quşçuluq massivi Hacı Zeynalabdin Tağıyev küçəsindəki evdən çıxıb və geri qayıtmayıb.

Onun üzərində göy köynək və idman şalvarı olub.

Xəstəliyi ilə əlaqədar heç kimi tanımayan və ünvanları yadında saxlaya bilməyən şəxsi görənlərdən dərhal polisə məlumat vermələri və ya (055) 270 17 47 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

BAKU.WS
QALEREYA