SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Efirə xərəkdə çıxarılan Saməddin adlı şəxs və bacısı Nəcibə xanım baş verənləri Meydan TV-yə danışıblar

Noyabrın 13-də Meydan TV Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" proqramının çəkilişlərindən birinin görüntüsünü yaymışdı. Həmin görüntülər proqramın ATV kanalında yayımlandığı dövrdə baş verənlərdir.

Görüntülərdən belə bəlli olurdu ki, verilişin çəkilişi zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilir.

Bu zaman efirə çıxarılacaq "qəhrəmanlar" başqa formada təqdim olunur və tamaşaçı aldadılır. Görüntülərdən bəlli olur ki, efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim belə "qəhrəman"ı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.

Meydan TV həmin görüntüləri yayımlayarkən verilişin "qəhrəman"ı ilə əlaqə yarada bilməmişdi. Görüntülər yayımlandıqdan sonra səhnəyə xərəkdə çıxarılan Saməddin adlı şəxs, eləcə də çəkilişdə iştirak edən bacısı Nəcibə xanım Meydan TV ilə əlaqə yaradıblar.

Əslən Goranboy rayonundan olan, 40 il Rusiyada yaşayan Saməddin kişi deyir ki, təyyarədən birbaşa çəkiliş meydanına gətirilib. Həmin vaxt o, şalvarını batırdığı üçün efirə xərəkdə çıxarılıb. Verilişin qəhrəmanı ona iynə vurulmadığını, xərəyə bağlanmadığını söyləyir.

Nəcibə xanım əvvəlcədən məlumatlı olduğunu, onların razılığı ilə qardaşının efirə xərəkdə çıxarıldığını bildirir.

Nəcibə xanım Meydan TV-yə bildirib ki, qardaşının axtarışı üçün 2011-ci ildə "Səni axtarıram"-a müraciət edib.

Çəkilişdən 6 ay öncə isə onlara zəng edilib, teleqram vurularaq sənədlərin hazırlanması ilə bağlı məlumat verilib. Bundan sonra çəkiliş baş tutub.
 
BAKU.WS