SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, yerüstü piyada keçidinin altından keçən 30-35 yaşlı qadını Bayramov Anar Fəhiyar oğlunun idarə etdiyi 10-UT-528 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Sürücü məsuliyyətə cəlb edilib.

BAKU.WS
QALEREYA