VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Bakıda səfirlik avtomobili qəzaya düşüb.
 
BAKU.WS xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun A. Əliyev küçəsi 3 ünvanında qeydə alınıb. İndoneziyanın Azərbaycandakı səfirliyinə məxsus "Honda” markalı avtomobil "Hyundai” markalı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.   
 
Polisdən həmçinin bildirilib ki, qəzaya düşən "Honda” markalı avtomobil İndoneziyanın Azərbaycandakı hərbi attaşesinə məxsus olub.
 
Avtomobili isə Ferdi Cokogyanda adlı şəxs idarə edib.
 
İlyas Quliyev
BAKU.WS