SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə 71 yaşlı qadın bazar ərazisində küçə itlərinin hücumuna məruz qalıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən yarmarka ərazisində qeydə alınıb.

Belə ki, bir neçə küçə itinin hücümuna məruz qalan Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Xəlilova Sədaqət Həsən qızı itlərin dişləməsi ilə müxtəlif bədən xəsarətləri alıb.

Zərərçəkmiş xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS