SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda bıçaqlanma hadisəsi baş verib.
 
BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, noyabrın 12-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Fərman Mustafayev münaqişə zəminində paytaxt sakini Namiq Qaralovun müxtəlif nahiyələrinə çoxsaylı bıçaq xəsarəti yetirərək hadisə yerini tərk edib. N.Qaralov xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar cinayət işi başlanıb. Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
 
Report-un verdiyi məlumata görə, F.Mustafayev artıq tutulub. Məlum olub ki, hadisə metronun "Xalqlar Dostluğu” stansiyasının qarşısında baş verib və N.Qaralova ümumilikdə 12 bıçaq zərbəsi endirilib.
 
 
İlyas Quliyev
BAKU.WS