SİZİN REKLAM BURADA!
055 213 76 73


İmişlidə avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 94-cü kmilometrliyində rayonun Qaradonlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Polad Nofərov idarə etdiyi “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən, yolu keçmək istəyən Kamran Musayevi vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS