SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısını almaqda davam edir. Qazax və Ağstafa rayonları ərazisində keçirilən növbəti belə tədbirlərdə sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə Qazax rayonunda Daş Salahlı kənd icra nümayəndəsi, Daş Salahlı, Çaylı kənd bələdiyyə sədrləri, Ağstafa rayonu ərazisində isə rayon və Zəlimxan kənd bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

BAKU.WS