SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvan Dövlət Universitetinə yeni prorektor təyin edilib.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu vəzifəyə Aidə Cəlilzadə gətirilib.

O, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.

Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov idi. O, bu vəzifədən 2022-ci ilin dekabrında göndərilmişdi.

BAKU.WS