VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda qadın mağazadan oğurluq edərkən biabr olub. Onun əməli mağazada quraşdırılmış təhlükəsizlik kamerasına düşüb.

BAKU.WS Criminal.az saytına istinadən xəbər verir ki, hadisə metronun 28 may stansiyası yaxınlığındakı marketdə baş verib.

Qadın alıcı kimi mağazaya girir, heç kimin onu görməyəcəyini düşünərək oğurluq edir.

Onun oğurladığı əşya isə gülməlidir. Mağazadan saç üçün bəzəkli sancaq oğurlayıb. Mağaza sahibi deyir ki, qadının şübhəli hərəkəti onun diqqətini çəkib. Kamerada görüb ki, qadın sancağı yalandan saçına taxaraq güya yoxlayır, sonra isə çıxarıb cibinə qoyur.

O, bu hərəkətini satıcının başı başqa müştəriyə qarışarkən edib. Qadın oğurladığı əşyanı cibinə qoyandan sonra getmək istəyir. Mağazanın rəhbərliyi ona cibindəki əşyanı niyə oğurladığını soruşub. O isə əməlinə qəribə izah verib. Deyib ki, oğurluq etməyib, sadəcə həmin sancaqlar onun şarfına ilişib. İfşa olunduğunu görən qadın oğurladığı əşyaları qaytararaq mağazanı tərk edib.
 
BAKU.WS