SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə mətbuatı bu gecə Azərbaycanda baş verən 5,7 bal gücündəki zəlzələdən yazıb. 

BAKU.WS xəbər verir ki, qardaş ölkənin müxtəlif xəbər portallarında gecə saatlarında ölkəmizdə yeraltı təkanlar baş verdiyi, bunun Bakı və digər şəhərlərdə də hiss olunduğu qeyd edilib. 

Oxucu kütləsi böyük olan xəbər saytlarında "Azərbaycanda 5.7 bal gücündə zəlzələ", "Xəzər dənizində 5.7 ballıq zəlzələ baş verdi. Azərbaycanda da hiss edildi", "Azərbaycanda meydana gələn 5.7 bal gücündə zəlzələdə dağıntı və insan itkisi yoxdur", "Azərbaycanda qorxuducu zəlzələ baş verdi. Bakıda hiss olundu" başlıqlı yazılar dərc edilib. 

Xatırladaq ki, bu gün gecə yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlarla əlaqədar olaraq, dağıntı və tələfat qeydə alınmayıb. Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.

BAKU.WS
VİDEO

QALEREYA