SİZİN REKLAM BURADA!
055 213 76 73


Torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması adı ilə vətəndaşların pulunu ələ keçirməkdə təqsirləndirilən Kənan Qurbanov və Nаtiq Qurbаnоvun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən K.Qurbanovun vəkili vəsatət qaldıraraq müvəkkilinin barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib.
 
Məhkəmə vəsatəti təmin edib və K.Qurbanov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
 
İttihama görə, K.Qurban və N.Qurbаnоv özlərini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərilə yaxın əlaqələri olan şəxslər kimi göstərərək torpaq sahələrinin özəlləşdirilməsi və daşınmaz əmlaka dair saxta sənədlərin təqdim edilməsi yolu ilə ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 146 min manat məbləğində pul vəsaitini ələ keçirib.
 
Onların barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) və digər maddələri ilə ittiham elan edilməklə Kənan Qurbanov barəsində məhkəmənin qərarı ilə həbs, Natiq Qurbanov barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilmişdi.
BAKU.WS