Şamaxıda qanunsuz sərnişindaşımaya qarşı reyd keçirib. Reyd zamanı bir sıra qayda pozuntusuna rast gəlinib.

BAKU.WS
-in məlumatına görə, Şamaxıda keçirilən reyd zamanı bəzi sürücülərin nəqliyyat vasitəsini sənədsiz idarə etməsi məlum olub. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Şamaxı Regional Şöbəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı bir sıra qayda pozuntusu aşkar edilib.

Qayda pozuntusuna yol verən 16 sürücü cəzalandırılıb. Bunlardan bir qismi yerindəcə cərimələnib, bir neçə avtomobil cərimə meydançasına aparılıb. Bəzi sürücülər vəzifəsini yerinə yetirən məmurlarla mübahisə etməkdən çəkinməyib. Elələləri də olub ki, göz görə-görə sərnişin daşımadadığını iddia edib.

Region TV reyd zamanı həyacanlı anların da şahidi olub. Saxla əmrinə tabe olmayan sürücülərdən biri avtomobili müfəttişlərin üzərinə sürməkdən çəkinməyib. Cəzaya qarşı daha aqressiv reaksiya verən bəzi sürücülər isə reyd işıqlandırmaq üçün ərazidə çəkiliş aparan əməkdaşlarımıza mane olmağa çalışıb.

Belə reydlərin davamlı surətdə aparılacağı nəzərdə tutulur

Ziya Səccad
BAKU.WS