SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda avtomobil yol ayırıcısına çırpılıb, ölən və yaralananlar var.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 27-də saat 21 radələrində paytaxtın Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhməd Axundov idarə etdiyi “Kia” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə Ə.Axundov və sərnişinləri H.Əliyeva, S.Qəmbərova, M.Qasımov və İ.Əliyev xəstəxanaya yerləşdirilib. Sürücü orada ölüb, sərnişinlər isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Araşdırma aparılır.

BAKU.WS
VİDEO