SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda bir gündə altı nəfəri maşın vurub. 

BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 13 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakinləri Samirə Şəkərəliyeva, Ramil Xəlilov və Hökməli qəsəbə sakini Əliağa Əliyev vurulub.

Onlar xəstəxanaya yerləşdirilib, Ə.Əliyev orada ölüb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Dacia" markalı avtomobilin sürücüsü Müşviqabad qəsəbə sakini Ağaşah Məmmədəliyev saxlanılıb.

Digər yol-nəqliyyat hadisəsi isə Salyan şəhərində baş verib.

Belə ki, noyabrın 10-da saat 18 radələrində Salyanda müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Gülbəniz Camalova və Neftçala rayon sakni Səidə Qədirova vurulub.

Nəticə S.Qədirova hadisə yerində ölüb, G.Camalova isə xəstəxanaya yerləşdirilib.

Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "QAZel" markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Qaşqay Mehbalıyev saxlanılıb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Noyabrın 10-da saat 21 radələrində Salyan rayonunun Xıdırlı kəndində də müəyyən edilməmiş avtomobillə yolu keçən 35-40 yaşlı kişi vurulub. O, xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
 
İlyas Quliyev
BAKU.WS