SİZİN REKLAM BURADA!
055 213 76 73


Laçında ayı sakinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə Laçın Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Orxan Cəbrayıl bildirib.

O, qeyd edib ki, meşədən çıxan ayı rayonun Qorçu kənd sakini Nicat Qasımova hücum edib.

Nəticədə N.Qasımov sağ bud, sağrı və sağ əlindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

BAKU.WS