SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 12-də Bəyimxanım Əkbərbəyovanın evindən 50 min manat nağd pul və 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti, Nəsimi rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini 1959-cu il təvəllüdlü Sədaqət Məmmədova tutulub.

Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS