VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda qonaq olan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı qəfil ölüb. 

BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumatına görə, hadisə Nəsimi rayonu, Nizami küçəsi 61 ünvanının qarşısında – "Tarqovı” məhəlləsi adlanan yerdə baş verib.

BƏƏ vətəndaşı, 1963-cü il təvəllüdlü Abdulla Xatın İbrahim yeriyərkən qəfil halı pisləşib və yıxılıb. 

Təcili tibbi yardım briqadası gəlincə, o keçinib.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.  A.İbrahimin Bakıya turist kimi gəldiyi bildirilir.
 
İlyas Quliyev