SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin Adana şəhərində qadını fahişəliyə cəlb edən şəxs həbs olunub.
 
BAKU.WS-in məlumatına görə, bir evdə fahişəlik edildiyi məlumatını alan polis həmin ünvana əməliyyat edib. Göstərilən ünvanı təqibə alan polis bir şəxsin evə girib Mərvə adlı qadınla 150 TL qarşılığında cinsi əlaqəyə girdiyini öyrəndikdən sonra evə basqın edib. 

Polis evə daxil olarkən Kadir adlı şəxs çaşqınlıq yaşayıb. Sonradan soyuqqanlı bir şəkildə polislərə cavab verən kişi evdə nişanlısı ilə olduğunu deyib. Ancaq polis qadının fahişəliklə məşğul olduğunu müəyyən edib. 
 
Gənc qadının müştəriləri ilə telefonla danışdığı, evə kimin gələcəyindən Kadirin xəbəri olduğunu söyləyib. Vəziyyəti izah edən qadın sərbəst buraxılsa da Kadir saxlanılıb. Qadını fahişəliyə cəlb etdiyi üçün Kadir həbs olunub. 
 
Nazim Babayev
BAKU.WS