Noyabrın 2-də səhər saatlarında Bakı-Quba-Rusiya dövlət sərhədi yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan bir nəfər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Xəstəxanadan Trend-ə verilən məlumata görə, Şabran rayonunun Dəvəçi kəndi ərazisində baş verən yol qəzası nəticəsində Quba rayon sakini, 1958-ci il təvəllüdlü Abasquliyev Telman Cərulla oğlu döş qəfəsinin sınığı diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti kafi qiymətləndirilir. Xəsarət alan T.Abasquliyev "Hyundai" markalı sərnişin avtobusunda olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Xaçmaz istiqamətində hərəkətdə olan 27 AC 622 dövlət nömrə nişanlı, "Hyundai" markalı sərnişin avtobusu ilə 99 XP 579 nömrə nişanlı "Ford" markalı yük maşını ilə toqquşub.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS