SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda sürücü sürətli yolda avtoxuliqanlıq edib.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər oxu.az-ın redaksiyasına göndərilib.

Belə ki, hadisə Dərnəgül şossesində baş verib.

Görüntülərdən məlum olur ki, 10-LK-070 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobil magistral yolda qəsdən əyləcə basaraq qəza şəraiti yaradıb.

"Avtomobilimdə azyaşlı uşaqlar və ailə üzvlərim var idi. Qarşıda hərəkət edən avtomobilə mənə yol verməsi üçün işarə verdim, daha sonra sürücü qəsdən əyləcə basaraq qəza şəraiti yaratdı", - deyə məlumatda qeyd olunub.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO