VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Xəbər verdiyimiz kimi, dünən Şəmkir rayonunun Yeni Həyat kəndindəki orta məktəbdə bıçaqlanma olub.
 
BAKU.WS-in Lent.az-a istinadla verdiyi məlumata görə, şagirdlər arasındakı davanın səbəbi məlum olub. 10-cu sinif şagirdi Ceyhun Məmmədovun 11-ci sinif şagirdi olan Abbas Əliyev tərəfindən dərs vaxtı bıçaqlandığı müəyyən edilib.
 
Məlum olub ki, hər iki şagird orta məktəbə avtomobillə gəlib və onlar arasında maşın saxlamaq üçün olan yerə görə mübahisə düşüb. Bir-birilərinə güzəştə getməyən şagirdlərin mübahisəsi münaqişəyə çevrilib və 16 yaşlı Ceyhun digər məktəbli tərəfindən bıçaqlanıb.

Hadisədən sonra valideynlər məktəb rəhbərliyinə tədris prosesinin yaxşı təşkil edilməməsi ilə bağlı narazılıqlarını bildiriblər.
 
BAKU.WS