SİZİN REKLAM BURADA!
055 213 76 73


Nərimanov rayon sakinlərinin şikayəti aidiyyəti üzrə nəzarətə götürülüb.

BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, sakinlərin müraciəti nəzarətə götürülüb, araşdırmalardan sonra qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq.

***11:40

Nərimanov rayonunun mərkəzində, yaşayış binalarının yanında fəaliyyət göstərən profilaktoriya sakinlərin narazılığına səbəb olub.

BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 218 ünvanında yaşayan sakin bildirib.

O iddia edir ki, sözügedən ünvanda yaşayış binalarının həyətində fəaliyyət göstərən avtoprofilaktoriya gecə saatlarına qədər işləyir və səs sakinləri narahat edir:

“Bundan öncə ərazidə taksi şirkətlərindən birinin qarajı yerləşirdi. Daha sonra avtoprofilaktoriya etdilər. Ərazidə maşın əlindən tərpənmək olmur, uşaqlar binanın qarşısında oynaya bilmir. Səs-küy insanları istər gündüz, istərsə də gecə narahat edir. Məsələ ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına da məlumat vermişik. Lakin hələ də gecə saatlarına qədər səs-küy davam edir”.

Vətəndaşın şikayətini əks etdirən videogörüntünü təqdim edirik:

BAKU.WS
VİDEO