SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın Nərimanov rayonunda velosiped oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb.

BAKU.WS xəbər verir ki, Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələrilə məhkum olunmuş 1978-ci il təvəllüdlü İslam Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində müxtəlif ünvanlardan 5 velosiped oğurlaması müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

***11:49

Paytaxt ərazisində kuryer işləyən şəxsin velosipedi oğurlanıb. 

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə mayın 9-da, Fətəli xan Xoyski 98a küçəsində qeydə alınıb.

Şikayətçinin sözlərinə görə, oğurluqla bağlı 18-ci polis bölməsinə məlumat verilib.

Hadisə anı binanın təhlükəsizlik kameralarına düşüb. Sözügedən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO

QALEREYA