SİZİN REKLAM BURADA!
055 213 76 73


Hacıqabulda 25 yaşlı gənci ilan sancıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Udulu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1998-ci il təvəllüdlü Ağayev Mirkamil Sahil oğlu təsərrüfat işləri ilə məşğul olarkən onu ilan sancıb.

Zərərçəkmiş Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə ilan zəhərinə qarşı zərdab vurulub və digər zəruri tədbirlər görülüb.

M.Ağayevin vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilib.

BAKU.WS