SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəmirdə azyaşlıya vurulan iynə onu komaya salıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Babək küçəsində qeydə alınıb.

Belə ki, müalicə məqsədilə 4 yaşlı Yusifli Elmira Rahim qızına nənəsi antibiotik iynəsi vurub. Bu zaman azyaşlının halı pisləşib və komaya düşüb.

Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər uşağa ilkin tibbi yardım göstərsələr də, onun vəziyyəti ağır olduğundan dərhal azyaşlını Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Hazırda fakt araşdırılır.

BAKU.WS