SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslərdən biri olan iş adamı "Akula Akif” ləqəbli Akif Mustafayevin həbsi ilə bağlı vəkili Abbas Atakişiyev açıqlama verib.

Vəkil "Qafqazinfo”ya bildirib ki, Akif Mustafayev 10 gün əvvəl İspaniyada tutulub: "Ekstradisiya prosesinin getməsi barədə məndə məlumat yoxdur. Çünki o tutulduqdan sonra azadlığa  buraxılıb. Haqqında açılan cinayət işinin ləğv edilməsini də bilmirəm. İspaniyada onun vəkili yoxdur, çünki istintaqa cəlb olunmayıb”.

Qeyd edək ki, Azərbaycan tərəfi ötən ilin dekabr ayından "Akula Akif”i "İnterpol” vasitəsilə qırmızı xətlə axtarışa vermişdi.

BAKU.WS