SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıtda kafelərdən birində güclü yanğın olub.

BAKU.WS Fövqaladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın gecə saatlarında vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kafenin mətbəxində baş verib. 
 
Yüksək temperaturdan bitişik tikilmiş kafenin tavanının bir hissəsi əriyib. Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub və 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək, təcili tibbi yardım xidmətinə təhvil verilib. Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.
 
Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Aysel.Ş
BAKU.WS