VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Binə qəsəbəsinə gedən yolun yeni təhvil verilən hissəsində qoyulmuş bardürlər və tamet hissəsi yağışlardan sonra dağılıb.

Bu haqda "Qafqazinfo”ya qəsəbə sakinləri məlumat verib. Bildirilir ki, fotolar yolun Aviasiya Akademiyasının yaxınlığındakı hissəsindən çəkilib. Sözügedən hissə 1-2 ay öncə istifadəyə verilib. Yolun tikintisi "Azəravtoyol” tərəfindən aparılır.

"Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, yolun tikintisi hələ yekunlaşmayıb və təmir işləri davam etdirilir: "Orada həmin hissələrin hamısı bərpa olunacaq. Hələ heç asfalt da tam olaraq çəkilib tamamlanmayıb. Asfaltın üst qatı qalıb”.
 
BAKU.WS