SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşviq Qurbanov dünyasını dəyişib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisədən sonra M.Qurbanov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib.

O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib.

Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Qurbanov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Qurbanova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Qurbanova isə ölüb.

M.Qurbanov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər.
 
BAKU.WS