SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin azərbaycanlı tələbəsi universitetin yataqxanasının 7-ci mərtəbəsindən düşərək ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə dünən səhər baş verib.

Azərbaycan vətəndaşı, İmişli rayonunun Cəfərli kəndində anadan olmuş ikinci kurs tələbəsi Abbaszadə Emil Mahir oğlunun intihar etdiyi, yoxsa kimlərsə tərəfindən yüksəklikdən atıldığı hələlik məlum deyil.

Tələb yoldaşlarının bildirdiyinə görə, onun yataqxananın 7-ci mərtəbəsindən düşdüyünü görüblər. Lakin hadisənin motivi və təfərrüatları barədə məlumatları yoxdur.