VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ukraynanın Melitopol şəhərində erməni və gürcülər arasında atışma olub.
 
BAKU.WS-in məlumatına görə, atışma nəticəsində iki nəfər həlak olub. Onlar gürcü Zurab Onanizi və erməni Staqis Badesaryandır. 

Rayon üzrə prokuror Valeri Romonov bildirib ki, atışmanın iştrirakçıları "avtoritet" deyil: "Çünki bu cavan insanlar əvvəllər mühakimə edilməyib və cinayət məsuliyyətinə cəlb edilməyib. Məlum olduğu kimi, atışma qıza görə olub".

Məlumata görə, silahlı insidentdə 6 insan iştirak edib. Atışma yerli vaxtla saat 20:00-da başlayıb. Atışmada iştirak edən 6 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Qanun qoruyucuları iddia edirlər ki, münaqişə qıza görə baş verib və atışan şəxslər sərxoş olub. 
 
Nazim Babayev
BAKU.WS