SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Qazaxıstanın Almatı vilayətində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 56 Azərbaycan vətəndaşı saxlanılıb.
 
BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, bu barədə Panfilovski rayonunun prokuroru Aydın Torebekov söyləyib.

Onlar rayon prokurorluğu tərəfindən "Qərbi Avropa - Qərbi Çin" layihəsi çərçivəsində əcnəbi işçi qəbul edən müəssisələrdə miqrasiya qanunvericiliyinə riayət olunması ilə bağlı aparılan yoxlama zamanı aşkar ediliblər.

Azərbaycan vətəndaşları "EVRASKON" Avro-Asiya tikinti korporasiyası" ASC-də fəaliyyət göstəriblər. Onların Qazaxıstan ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq haqqında razılıq almadıqları müəyyən edilib.

Hazırda əcnəbilərin ölkə sərhədlərindən xaric edilməsi məsələsinə baxılır.
 
BAKU.WS