SİZİN REKLAM BURADA!
055 213 76 73


 

20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb.

BAKU.WS salamnews-a istinadən bildirir ki, bu barədə kənd sakinləri məlumat veriblər.

Bildirilib ki, hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb. Hadisə yerinə aidiyyəti qurumlar gəliblər.

İlkin məlumata görə, yolun çökməsinə səbəb son günlər rayon ərazisində yağan aramsız yağışlardır. 
 
BAKU.WS