SİZİN REKLAM BURADA!
055 213 76 73


Ucarda 18 yaşlı qız müəmmalı şəkildə ölüb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, rayonun Qazyan kənd sakini, 2005-ci il təvəllüdlü Kamilə Yaqub qızı Ələkbərovanın halı yaşadığı evdə qəflətən pisləşib.

Təcili tibbi yardım avtomobili ilə xəstə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, o, həyatını itirib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

İlkin ehtimala görə, ölümə səbəb arterial təzyiqin düşməsi olub. Meyit aidiyyətı üzrə təhvil verilib.

Fakt araşdırılır.

BAKU.WS