SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabadda güclü külək bir sıra fəsadlar törədib, bəzi əraziləri işıqsız qoyub.

BAKU.WS xəbər verir ki, yağan leysan xarakterli dolu və güclü külək rayon mərkəzində və bir neçə kənddə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Şəhərin mərkəzində ağaclar aşıb. Cəlilabadda bir mağazanın dam örtüyü uçub.

Hazırda rayon ərazisində küləyin törətdiyi problemlər aradan qaldırılır.

***19:35

Azərbaycanın bölgələrində qeyri-sabit hava şəraiti davam edir.

BAKU.WS-ə daxil olan məlumata görə, bu gün saat 19:00 radələrində cənub bölgələrində - Cəlilabad və Masallıda dolu yağıb.

Bildirilir ki, hava anidən dəyişib və dolu yağmağa başlayıb. Bir neçə dəqiqə davam edən təbiət hadisəsi küləklə müşayiət olunub.

Qeyd edək ki, ölkədə qeyri-sabit hava sabah da davam edəcək.

Belə ki, bəzi rayonlarda havanın arabir yağış yağacaq.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Günün ikinci yarısından yağıntılar tədricən kəsiləcək.

Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 20-25° isti, dağlarda gecə 0-5°, gündüz 8-13°, bəzi yerlərdə 16-19° isti olacağı ehtimal edilir.

Həmin görüntüləri təqdim edirik:

Banu Hüseynli
BAKU.WS
VİDEO

VİDEO