SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkirdə restorandan qızıl təsbeh oğurlanıb.

Bu barədə BAKU.WS-ə DİN Mətbuat Xidmətindən məlumat verilib.

Şəmkir şəhəri ərazisindəki restoranların birindən Bakı şəhər sakini A.Baxşəliyevin 2000 manat dəyərində qızıl təsbehinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini A.Bəhramlı müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

BAKU.WS