SİZİN REKLAM BURADA!
055 213 76 73



Antaliyanın Kəpəz rayonunda yerləşən Qazi Bulvarı yaxınlığında partlayış baş verib.
 
BAKU.WS-in məlumatına görə, hadisə yerli vaxtla saat 08:55-də qeydə alınıb. Partlayışdan dərhal sonra bölgəyə çox sayda təcili yardım, yanğınsöndürən və polis dəstələri cəlb olunub. 

Hadisənin Antalya Ticarət və Sənaye Palatasının avtoparkında baş verdiyi deyilir. Partlayışın səbəbi hələlik bilinmir. Hadisə ilə əlaqədar ilk açıqlama Antalya Böyükşəhər Bələdiyyə sədri Menderes Türelidən gəlib.

"Terror aktı demək üçün çox erkəndir. Partlayış şəhərə uzaq bir nöqtədə baş verib. Avtoparkda heç kimin olmadığı bir yerdə partlayış olub. Bu partlayış qəza nəticəsində də ola bilər. Əsas odur ki, həyati təhlükə yoxdur", -deyə bələdiyyə sədri bildirib. 
 
Nazim Babayev
BAKU.WS