SİZİN REKLAM BURADA!
055 213 76 73




Bakının mərkəzində yerləşən gecə klubu "Infiniti” bağlanıb.

BAKU.WS vesti.az-a istinadən xəbər verir ki, gecə klubunun bağlanmasına səbəb Vidadi və Mərdanov qardaşları küçələrinin kəsişməsində yerləşən binalarda yaşayanların şikayəti olub.

Sakinlərin şikayətinə əsasən, klubda gecə yarısına qədər spirtli içki qəbul edərək, əylənənlərin söyüşləri, səs-küyü ətrafda yaşayanları narahat edirmiş.

Sözügedən məkanın adminstrasiyası ilə əlaqə saxlamaq mümkün olmayıb.
 

BAKU.WS