SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

İŞİD terror təşkilatı Mosulda orqan ticarəti ilə məşğul olmağa başlayıb.
 
BAKU.WS-in məlumatına görə, terrorçular orqan ticarəti üçün xüsusi olaraq bir xəstəxana açıb. Bölgədəki əhalinin orqanlarını bu xəstəxanda İŞİD-in həkimləri tərəfindən əməliyyat edilir. Terrorçular bir növ orqanları kasıblardan alıb varlılara satırlar və bu yolla qazanc əldə edirlər. 

Mosul xalqının çoxu kasıb olduğu üçün orqanlarını satmağa razılıq verir. İŞİD əhalidən orqanları 4 milyon dinara alır və daha baha qiymətə öz müştərilərinə satır. 

Qeyd edək ki, İŞİD-in işğalından əvvəl Mosulda 4 milyon insan yaşayırdı. Bölgədə gedən döyüşlər və terror aktları nəticəsində Mosul əhalisinin sayı 1 milyona düşüb. 
 
ŞAHİN Həbibov 
BAKU.WS