SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi vəfat edib.

Bu barədə UNEC məlumat yayıb.

Universitetin Maliyyə və audit kafedrasının dosenti Cəmaləddin Zərbəliyev vəfat edib.

O, 1966-1970-ci illərdə UNEC-də Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə təhsil alıb. Məzun olduğu il universitetdə laborant kimi işə qəbul olunub, 1973-cü ildən müəllimlik fəaliyyətinə başlayıb. 2005-2020-ci illərdə Uçot-iqtisad fakültəsinin (indiki Maliyyə və mühasibat) dekan müavini olub.

BAKU.WS